BDU-nun prorektoru Ali Təhsil Sammitinə qatılıb

11/11/2016

Hindistanın Yeni Dehli şəhərində 12-ci Ali Təhsil Sammiti (XII FICCI Higher Education Summit 2016) öz işinə başlayıb. Sammitdə dünyanın 100-dən çox ölkəsindən nümayəndə heyəti iştirak edir. Sammitə Amerika, Avropa, Asiya, Yaxın Şərq, Afrika və digər regionlardan nümayəndələr, universitet rəhbərləri qatılıb.

Tədbirdə AzərbaycandanTəhsilNazirliyinin Elm, ali və orta ixtisas təhsil şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı, Bakı Dövlət Universitetinin prorektoru,professor İradə Əliyevavə 5 nömrəli Bakı Peşə Liseyinin əməkdaşı Bahar Əsgərova iştirakedir.

Sammitdə qloballaşan dünyada ali təhsilin inkişaf istiqamətləri, elm, ali təhsil və sənaye əlaqələrinin yeni səviyyədə qurulması, mübadilə proqramları və digər aktual məsələlər müzakirə edilir.

Noyabrın10-da başlayan sammit ayın12-də başa çatacaq.

Mətbuat və informasiya şöbəsi, 11 noyabr 2016-cı il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!