BDU-nun professoru Türkiyədə elmi ezamiyyətdə olub

04/05/2017

Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin Faydalı qazıntılar kafedrasının professoru Nazim Əjdər oğlu İmamverdiyev Turkiyənin İstanbul və Boğasçı Universitetlərində elmi ezamiyyətdə olub. Ezamiyyət zamanı o İstanbul Universitetinin Petrologiya və Mineralogiya kafedrasının müdiri, professor Mehmet Keskinlə görüşmüş, elmi müzakirələr aparılıb.

Ezamiyyət zamanı professor Mehmet Keskinin kompyüterdə tərtib olunmuş modelləri əsasında Kiçik Qafqazın gec kaynozoy vulknanizminin əmələ gəlmə problemləri müzakirə olunub. Gec kaynozoy formasiyaları süxurlarının əmələ gəlməsini və təkamülünü aydınlaşdırmaq məqsədilə kompüter proqramları vasitəsilə müxtəlif proseslərin (kristallaşma diferensiasiyası - FC, assimil­yasiya və fraksion kristallaşma – AFC, qismən ərimə) modelləşdirilməsi aparılıb, Kiçik Qafqazın üst pliosen-dördüncü dövr vuılkanizminin Şərqi Anadolunun eyni yaşlı vulkanizmi ilə müqayisəli analizi aparılıb.

Aparılmış tədqiqatlar əsasında Web of Sciences jurnallarında məqalə nəşr etmək, gələcəkdə müştərək elmi-tədqiqat işləri aparmaq nəzərdə tutulub.

Mətbuat və informasiya şöbəsi, 04 may, 2017-ci il

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!