BDU-nun professoru “Terrorçuluğa, ekstremizmə və radikalizmə qarşı mübarizədə gənclərin rolu” konfransında çıxış edib

13/03/2017

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində Dövlət Təhlükəsizliyi Xidməti, Gənclər və İdman Nazirliyi, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu və Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Terrorçuluğa, ekstremizmə və radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda konfrans keçirilib. Konfransda çıxış edən Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Kriminalistika və məhkəmə ekspertizası kafedrasının müdiri professor Kamil Səlimov bildirib ki, konfransın məqsədi Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən fəal hüquq-mühafizə və təhlükəsizlik siyasətinin əsas istiqamətlərinə dair gənclərin ümumi məlumatlandırılması, şəxsiyyətin, cəmiyyətin və dövlətin təhlükəsizliyi əleyhinə yönəlmiş hədələrin, xüsusilə bütün təzahür formalarında terrorçuluğun, ekstremizmin və radikalizmin mahiyyəti, yaranma şəraiti, gerçəkləşdirilmə üsulları və onlardan qorunma yolları barədə maarifləndirmənin təşkilidir. K.Səlimov onu da qeyd edib ki,  Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Kriminalistika və məhkəmə ekspertizası kafedrasında artıq 1988-ci ildən etibarən terrorçuluğa qarşı elmi-tədqiqat işləri aparılır. Bu mövzu ilə bağlı mütəxəssis və elmi kadrlar yetişdirilib. Bakı Dövlət Universitetinin digər kafedralarının da mütəxəssisləri, elmi işçiləri bu istiqamətdə işlər görürlər.

Mətbuat və informasiya şöbəsi, 03 mart 2017-ci il

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!