BDU-nun professoru İsmayıl Məmmədovun “Azərbaycan tarixi” kitabı Londonda çapdan buraxılıb

11/09/2014

Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktoru İsmayıl Məmmədovun “Azərbaycan tarixi” (qədimdən günümüzə qədər) kitabı Londonda “Rosserndale Books” (RB) nəşriyyatı tərəfindən nəfis tərtibatda çapdan buraxılıb. Kitabı ingilis dilinə AMEA-nın əməkdaşı Fatma Fərəcova çevirib. Əsərin redaktoru isə ingilis Annemarie Mergeldir. Bu fundamental əsərdə xalqımızın qədim dövrlərdən bəri keçdiyi yola, azadlıq və dövlət müstəqilliyi uğrunda qəhrəmanlıq mücadiləsinə, siyasi və etnik mənzərəsinə təkzibedilməz faktlar və sübutlarla aydınlıq gətirilib.
Əsərdə xalqımızın inkişaf səviyyəsi dəqiq faktlar əsasında yeni təfəkkürlə yazılmaqla sovet ideologiyasından tamam təmizlənib.
Professor İ.Məmmədov uzun illərdir bu məsələ üzərində iş aparıb. O, dörd dildə “Azərbaycan tarixi” adlı əsəri oxuculara təqdim edib. (“Azərbaycan tarixi” – Bakı-2005, Azərbaycan dilində. “Истoрия Aзeрвaйджaнa”- Bakу – 2009, rus dilində. “Türk Qafqazında siyasi və etnik mənzərə. Azərbaycan tarixi”- İstanbul-2009, türk dilində, “THE Histori of Azerbaijan” – London-2014, ingilis dilində).
Professor İsmayıl Məmmədov Azərbaycan tarixi elminin dünya miqyasında təbliğinə hər zaman taleyüklü məsələ kimi yanaşıb, alimlərimizin erməni ideoloqlarının tarixi saxtalaşdırmaq istiqamətində apardığı məkrli kampaniyaya tutarlı cavab verilməsini vacib sayıb, bu işin fəallarından olub.
Londonda çıxan kitabda həm də xalqımızın tarixini əks etdirən 44 xəritə verilib.

Mətbuat və informasiya şöbəsi, 11 sentyabr 2014-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!