BDU-nun professoru Sivas Cümhuriyyət Universitetində fəlsəfə tarixi üzrə mühazirə oxuyub

29/03/2018

Bakı Dövlət Universitetinin Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının müdiri, fəlsəfə elmləri doktoru, professor Rəbiyyət Aslanova Erasmus dəyişim Proqramı çərçivəsində Sivas Cümhuriyyət Universitetində olub, fəlsəfə tarixi üzrə mühazirələr oxuyub. Mühazirələr “Orta əsrlər Azərbaycan fəlsəfəsi”, XIX əsr Azərbaycan fəlsəfəsi”, “XX əsr Azərbaycan fəlsəfəsi”, “Müasir dövr Azərbaycan fəlsəfəsi”, “Türk dünyası fəlsəfi fikrinin aktual problemləri” mövzularına həsr olunub.

Cümhuriyyət Universitetinin ədəbiyyat fakültəsinin fəlsəfə bölümünün professor-müəllim heyəti ilə görüşlər zamanı Türk-Azərbaycan filosoflarının birgə tədqiqatlar aparması, Türk dünyası fəlsəfi fikrinin tədrisinin vacibliyi kimi məsələlər müzakirə olunub. 5 gün davam edən səfər çərçivəsində fəlsəfə bölümündə tədris olunan dərslər tələbələr tərəfindən maraqla qarşılanıb, tələbələr onları maraqlandıran suallarla müraciət ediblər.

Universitetin Fəlsəfə şöbəsinin müdiri, professor Ali Taşkın, professor Yıldız Karagöz Yeke Rəbiyyət Aslanovaya universitetin təşəkkür plaketini təqdim ediblər.

Sonda tələbə və müəllimlərlə xatirə şəkli çəkilib.

Mətbuat və informasiya şöbəsi, 29 mart 2018-ci il.


 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!