BDU-nun professoru Londona elmi səfərə gedib

09/09/2014

Bakı Dövlət Universitetində nanotexnologiya istiqamətində aparılan elmi tədqiqat işlərinin səviyyəsini artırılması məqsədi ilə müasir cihaz və avadanlıqların alınması istiqamətində uğurlu işlər aparılır. Almaniyanın Karl Zeiss şirkətinin, Oxford İnstruments Nanoscience şirkətinin rəsmi dəvəti ilə Fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov 2-4 sentyabr tarixlərində Londona elmi səfərə gedib. Karl Zeiss şirkətinin Kembric ofisinin  direktoru Bob Taylor orada istehsal edilən cihaz və avadanlıqlar barədə ətraflı məlumat verərək qeyd edib ki, Bakı Dövlət Universiteti ilə  bu şirkət arasında uğurlu əməkdaşlıq mövcuddur bunun nəticəsində şirkətin istehsal etdiyi bir sıra avadanlıqlar BDU-ya alınıb. Fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov BDU-nun tarixi, onun strukturu və elm-təhsil sahəsindəki  uğurları, Nanotexnologiya istiqamətində aparılan uğurlu tədqiqat işləri barədə geniş məruzə edib. Məruzə ətrafında aparılan müzakirələrdə gələcəkdə BDU-ya alınacaq cihaz və avadanlıqlar barədə danışıqlar aparılıb. Müzakirələrdə cihaz və avadanlıqlar üzrə baş menencer Daniel Jefferi də iştirak edib. Sentyabrın 4-də professor M.Ə.Ramazanov Oxford İnstruments Nanoscience şirkətinə gedib. Bu şirkət bütün dünyada Rentgen analiz cihazlarının istehsalı və satışı ilə məşğul olur. Səfər zamanı Oxford İnstruments Nanoscience şirkətinin aşağı temperaturlarda işləyən termostatların  iş prinsipləri ilə yaxından tanış olub. Görüşdə Oxford İnstruments Nanoscience şirkətinin maliyyə üzrə direktoru Kevin Boyd, menenceri Simon Mithinson, marketinq işləri üzrə direktoru D-r John Ü.Burgoyne iştirak edib. Səfər zamanı Optek şirkətinin ixtisaslar arası qrupun şöbə müdiri Aleksandr Ulyanenko müşaiyət edib.

Mətbuat və informasiya şöbəsi, 09 sentyabr 2014-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!