BDU-nun professoru beynəlxalq simpoziumlarda

09/06/2015

Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat və kibernetika fakultəsinin Optimallaşdırma və İdarəetmə kafedrasının professoru, iqtisad elmləri doktoru, professor Yadulla Həsənli Türkiyənin Trakya Universitetində keçirilən beynəlxalq  simpoziuma qatılıb. “Ekonometrika, Əməliyyatlar tədqiqi və Statistika” adlı XVI simpoziumda çıxış edən professorun məruzəsi maraqla qarşılanıb. Professor Yadulla Həsənli, eyni zamanda, Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçirilən XIX beynəlxalq elmi-praktiki konfransdaməruzə edib və sertifikatla təltif edilib.  Alimin daha bir səfəri Astana şəhərinə olub. O, Astana İqtisadi Forumda (AİF) iştirak edib. Forum ərəfəsində professorun neft gəlirlərinin səmərəli istifadə olunması mexanizmləri və neftin dünya qiymətləri haqqında müsahibəsi “Eгемен Казахстан” qəzetində dərc olunub.

Mətbuat və İnformasiya şöbəsi, 09 iyun 2015-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!