BDU-nun professoru Rumıniyada olub

27/03/2013

Fizika fakültəsinin dekanı prof. Məhəmmədəli Ramazanov Qara Dəniz Universitetləri əməkdaşlıq şəbəkəsinin dəvəti ilə Rumıniyada olub. Səfər zamanı prof. M.Ə,Ramazanov Buxarest Universitetinin Fizika fakültəsinin əməkdaşları qarşısında Azərbaycanda nanotexnologiyanın inkişaf persektivləri mövzusunda mühazirə  edib www.bsun.org .  Mühazirədə Azərbaycanda, xüsusiilə Bakı Dövlət Universitetində  nanotexnologiya sahəsində aparılan tədqiqat işləri barədə, nanoelmin respublikamızda təhsil müəssisələrində tədrisinin təşkil olunması barədə ətraflı məlumat verib. Mühazirə zamanı prof.M.Ə.Ramazanov  BDU-da yerinə yetirilən Beynəlxalq qrant layihələri barədə, BDU-nun Nanoaraşdırmalar laboratoriyasının maddi texniki bazası barədə, BDU alimlərinin nanotədqiqatlar sahəsində Tomson Reyter Agentliyinin siyahısına daxil edilən jurnallardakı məqalələri barədə  ətraflı məlumat verib. Mühazirədə  qeyd edilib ki, dünya elminin bu mühüm istiqaməti  barədə Rumıniya ilə Azərbaycan arasında  əməkdaşlıq 2004-cü ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Rumıniyaya rəsmi səfərindən sonra sürətlə inkişaf etməyə başlayıb. Məruzə  Buxarest Universitetinin  əməkdaşlarının böyük marağına səbəb olub. Eyni zamanda fakültə əməkdaşları ilə gələcəkdə birgə qrant layihələrində iştirak etmək barədə razılıqlara gəlinib.  BDU-nun Fizika fakültəsi ilə Buxarst Milli Materiallar Fizikası İnstitutu arasında əməkdaşlıq müqaviləsi hazırlanıb və imzalanıb. Eyni zamanda prof. M.Ə.Ramazanov Buxarest Universitetinin Fizika fakültəsinin dekanı prof. Stefan Antone ilə fakültədə təhsilin təşkili, fakültənin elm tutumlu bir fakültəyə çevrilməsi, müştərək doktorant hazırlamaq məsələlərini və birgə elmi məqalələrin dərc edilməsi və qrant layihələrində iştirak edilmə yolları barədə müzakirələr aparıb. 28 mart 2012-ci il tarixində prof. M.Ə.Ramazanov Rumıniya Mühəndislik Nüvə Tədqiqatları İnstitutunda olmuş, institutun direktoru Rumıniya Akademiyasının üzvü D-r Nicolae Victor Zamfirlə görüşmüş və iki tərəfli əlaqələrin qurulması istiqamətində danışıqlar aparılıb. Avropa Birliyinin maliyyə dəstəyi ilə formalaşması nəzərdə tutulan unikal lazer siteminin qurulması və ondan istifadə edilməsində Azərbaycan alimlərinin də böyük potensiala malik olmasını nəzərə alaraq həmin mərkəzdə işə cəlb edilməsi barədə razılıqlar əldə edilib. Görüş zamanı Qara  Dəniz Universitetləri əməkdaşlıq şəbəkəsinin baş katibi prof. Eden Mamut və  Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyinin əməkdaşı Vüqar Hüseynli də iştirak edib.

Səfər zamanı prof. M.Ə.Ramazanov Buxarest şəhərində   ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib və abidənin önünə gül dəstəsi qoyub.

Mətbuat və İnformasiya şöbəsi, 27 mart 2013-cü il

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!