BDU-nun nəzdindəki Konfutsi İnstitutunda uşaqların Beynəlxalq müdafiəsi günü qeyd edilib

04/06/2014

31 may 2014-cü il tarixində BDU nəzdindəki Konfutsi İnstitutunda uşaqların Beynəlxalq müdafiəsi günü qeyd edilib.

Tədbir giriş sözü ilə BDU nəzdindəki Konfutsi İnstitutunun Azərbaycan Respublikası tərəfindən direktoru, dosent Oktay Cəlilbəyli açaraq tədbir iştirakçılarını uşaqların beynəlxalq müdafəsi günü münasibətilə rektor Abel Məhərrəmovun və Konfutsi İnstitutunun kollektivi adından təbrik edib.

Tədbirdə BDU-nun prorektoru, professor İradə Əliyeva və xarici tələbələrlə iş üzrə dekan, dosent Gülheyran Rəhimova iştirak edib. Professor İ.Əliyeva və dosent G. Rəhimova tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib.

Sonra söz BDU nəzdindəki Konfutsi İnstitutunun Çin Xalq Respublikası tərəfindən direktoru, xanım Xu Feuxua verilib. O da öz adından Konfutsi İnstitutunun şagird, tələbə və valideynlərini təbrik edib. Tədbirdə şagirdlərin valideynləri birlikdə 100-dən çox adam iştirak edib. Tədbir zamanı şagird və tələbələr müxtəlif viktorina və s. müsabiqələrdə iştirak edərək mükafat və hədiyyələr qazanıb. Tədbir iştirakçılarına bayram furşeti verilib.

Mətbuat və İnformasiya şöbəsi, 04 iyun 2014-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!