BDU-nun nəzdindəki Konfutsi İnstitutunda Rəqəmsal linqafon laboratoriyasının açılışı olub - VİDEO

17/10/2014

Bu gün Bakı Dövlət Universitetinin nəzdindəki Konfutsi İnstitutunda Rəqəmsal linqafon laboratoriyasının açılışı olub. Laboratoriyanın rəsmi açılışını BDU-nun rektoru, akademik Abel Məhərrəmov və ÇXR-in Azərbaycandakı səfiri Hong Jiuyin ediblər. Rektor Abel Məhərrəmov Konfutsi İnstitutunun fəaliyyətindən razılıq ifadə edərək bu laboratoriyanın Azərbaycanda Çin dili tədrisinin səviyyəsinin yüksəldilməsində əhəmiyyətli rol oynayacağını bildirib. Səfir Hong Jiuyin də öz növbəsində laboratoriyanın açılışını əhəmiyyətli bir hadisə kimi dəyərləndirib. Sonra Konfutsi İnstitutunun kitabxanası, muzeyi və digər zalları ilə tanış olub, İnstitutun 3 illiyinə həsr edilmiş sənədli filmə tamaşa ediblər. Konfutsi İnstitutlarının Mənzil-Qərargahı/HANBANın sponsorluğu ilə təchiz edilmiş laboratoriya dünyada ilk rəqəmsal linqafon laboratoriyalarının ən muasir layihələri üzrə yaradılmış 11 mərkəzdən biridir. Bu Mərkəz Cənubi Qafqaz regionunda ilk və yeganə rəqəmsal linqafon laboratoriyadır və onun funksiyalarına HSK (Çin dili Qabiliyyət testi), HSKK (Çin dili Danışıq testi), YCT (Gənclər üçün Qabiliyyət testi), BCT (İxtisas və Biznes üzrə Çin dili testi) imtihanlarının keçirilməsi daxildir. DL-910KY linqafon dərslərində laboratoriyanın avadanlığı New Class rəqəmsal sistemi ilə işlədilir. Bu sistem rəqəmlərin, səs, video, internet, şəkil və aparatın işlədilməsi üzrə ən yeni texnikadır. Bu sistemə şifahi imtahanın qəbulu, monitor vasitəsi ilə təlim, audio və video proqramların HD ilə ötürülməsi, sərbəst diskussiya və rəqəmsal səsyazısı funksiyaları daxildir.

Mətbuat və İnformasiya şöbəsi, 17 oktyabr 2014-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!