BDU-nun nəzdindəki "Gənc istedadlar" liseyinin 6 məzunu qızıl və gümüş medallara layiq görüldü

11/08/2016

Təhsil naziri Mikayıl Cabbarovun ümumtəhsil məktəblərinin məzunlarının qızıl və gümüş medallarla təltifi haqqında imzaladığı əmrdə Bakı Dövlət Universitetinin nəzdindəki "Gənc istedadlar" liseyinin 6 məzunu da var. Həmin məzunlardan Rəna Həsənzadə, Fərhan Namazov qızıl, Aysu Süleymanlı, Rəşid Behbudov, Ləman Qurbanova, Aqşin Qarayev isə gümüş medala layiq görülüblər. Qeyd edək ki, "Gənc istedadlar" liseyinin builki 50 məzununun 24 nəfəri 500-dən, 9 nəfəri isə 600-dən çox bal toplayıblar. Onlardan 10 nəfəri təhsillərini xarici ölkələrdə davam etdirəcəklər.

Mətbuat və informasiya şöbəsi, 11 avqust 2016-cı il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!