BDU-nun Mətbuat və İnformasiya şöbəsinin müdiri Pərvanə İbrahimova «İlin ən fəal şöbə müdiri» fəxri adına layiq görülüb

13/07/2011

Bu gün Bakı Dövlət Universitetində Elmi Şuranın bu tədris ilində son iclası keçirilib. Rektor Abel Məhərrəmov il ərzində tədrisdə, elmdə qazanılmış uğurlardan bəhs edib. Bir çox məsələlərin müzakirə olunduğu iclasda tədris ilinin yekunları üzrə «İlin müəllimi, «İlin kafedra müdiri», «İlin dekanı» müsabiqələrinin qaliblərinə mükafatlar təqdim olunub. Mükafat alanlar sırasında universitetin Mətbuat və İnformasiya şöbəsinin müdiri Pərvanə İbrahimova da olub. O, BDU-nun yerli və xarici kütləvi informasiya vasitələri ilə əlaqələrinin daha da yaxşılaşdırılmasındakı xüsusi xidmətlərinə görə «İlin ən fəal şöbə müdiri» fəxri adı ilə təltif edilib.

Qeyd edək ki, ötən gün Qaynar.info xəbər portalı ölkənin aparıcı media qurumlarında çalışan jurnalistlərin universitetlərin mətbuat xidmətlərinin  fəaliyyətinə münasibətini öyrənib. Ölkə jurnalistləri ali təhsil ocaqları arasında Bakı Dövlət Universitetinin Mətbuat və informasiya şöbəsinin fəaliyyətini xüsusi qeyd edib, onun mətbuatla əməkdaşlığını səmərəli sayıblar.

Mətbuat və İnformasiya şöbəsi, 13 iyul 2011-ci il.

(Material APA, SIA, Lent.az, Mia.az,  Musavat.com, Qaynar.info, Ann.az Modern.az, SalamNews, kafkaz.news.info, news.mail.ru, informasiya agentliklərində, xəbər portallarında və "Respublika" qəzetində də yayımlanıb -13-14 iyul 2011-ci il)

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!