BDU-nun müsabiqədən keçmiş 3 magistri Moskva Fizika-Texniki İnstitutunda oxuyacaq

25/01/2011

Bakı Dövlət Universiteti ilə Moskva Fizika-Texniki Universiteti (MFTİ) arasında əməkdaşlıq barədə imzalanmış Anlaşma Memorandumuna əsasən ötən gün universitetin Kimya, Fizika və Geologiya fakültəsinin I və II kursunda təhsil alan 17 nəfər magistr təhsillərini adıçəkilən institutda davam etdirmək məqsədilə imtahan veriblər. İmtahan MFTİ-nin əməkdaşları Slobodyanin Valeriy Pavloviç və Nazar Ağaxanov Xangəldiyeviçin nəzarəti altında yazılı və şifahi şəkildə keçirilib. Riyaziyyat və fizikaya aid olan suallar ancaq məsələlərdən ibarət olub.

Nəticələrə əsasən 3 nəfər – Kimya fakültəsinin II kurs magistri Şeyda Rauf qızı İsmayılzadə, Fizika fakültəsinin I kurs magistrləri Nağı Abbasəli oğlu Qasımov və Hikmət Arif oğlu Məhərrəmov qalib olublar.

Qonaqları və müsabiqə qaliblərini qəbul edən rektor, akademik Abel Məhərrəmov göstərdikləri yüksək nəticəyə görə magistrləri təbrik edib, onlara uğurlar arzulayıb.

Qonaqlar da öz növbəsində magistrlərin hazırlıq səviyyəsindən razı qaldıqlarını vurğulayıblar.

BDU-nun Mətbuat və İnformasiya şöbəsi, 25 yanvar 2011-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!