BDU-nun müəllimi İsveçrə-Azərbaycan biznes forumunda iştirak edib

01/06/2016

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin müəllimi Məhəmməd Quluzadə İsveçrənin Vintertur şəhərində keçirilən İsveçrə-Azərbaycan biznes forumunda iştirak edib. M.Quluzadə forumda “Azərbaycanda investisiyaların hüquqi tənzimlənməsi və vergitutma” mövzusunda təqdimatla çıxış edib. Məhəmməd Quluzadə təqdimatında Azərbaycan Respublikasında xarici investisiyaların hüquqi tənzimlənməsi, xarici investorlar üçün qanunvericilikdə nəzərdə tutulan təminatlar, eləcə də xarici biznesin qeydiyyatı, vergitutma və digər məqamlara dair potensial xarici investorlara ətraflı məlumat verib.
Qeyd edək ki, İsveçrə-MDB Birgə Təcarət Palatasının təşkil etdiyi tədbirdə Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, Azərbaycan Respublikasının İsveçrədəki səfiri Əkrəm Zeynallı, İsveçrənin Azərbaycan Respublikasında səfiri Filip Stalder, eyni zamanda aparıcı İsveçrə şirkətlərinin rəhbərləri iştirak edib.

Mətbuat və informasiya şöbəsi, 01 iyun 2016-cı il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!