BDU-nun müəllimi Giresun Universitetinin Jurnalistika fakültəsində olub

19/05/2017

Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika kafedrasının müəllimi Vəfa İsgəndərova Mövlanə Mübadilə Proqramı çərçivəsində Türkiyənin Giresun Universiteti İlətişim Bilimləri (Jurnalistika) fakültəsində olub.

Giresun Universitetinin İlətişim Bilimləri fakültəsinin dekanı, professor  Bayram Kaya, dekan müavini, dosent İsmail Cem Feridunoğlu, fakültənin professor-müəllim heyəti ilə görüşən Vəfa İsgəndərova, eyni zamanda, İctimaiyyətlə əlaqələr və tanıtım, Radio-televiziya və sinema, Qəzetəçilik bölmləri, onların fəaliyyəti, dərslərin gedişatı və proqramlarla tanış olub. V.İsgəndərova İctimaiyyətlə ələqələr fənninin tədris olunduğu üçüncü kurs tələbələri ilə fənnin tədrisi və elmi mənbələr haqqında fikir mübadiləsi aparıb, öz təcrübəsini bölüşüb, elm-mədəniyyət, kino sahəsində tanınmış mütəxəssis, professor Kurtuluş Kayalının həyat və yaradıcılığına ilə bağlı keçirilən simpozium və konfranslarda iştirak edib.

Səfər ərəfəsində birgə layihələr, o cümlədən seminar və konfransların keçirilməsi məsələləri müzakirə edilib. Fakültənin Radio-televiziya studiyasında yeni fəaliyyətə başlayan animasiya çəkilişlərində birgə fəaliyyətdən söz açılıb.  Yaxın gələcəkdə universitetlər arasında beynəlxalq konfransın təşkil edilməsi barədə razılıq əldə edilib.

Proqramın sonunda V.İsgəndərova  Giresun Universitetinin sertifikatına layiq görülüb.


Mətbuat və informasiya şöbəsi, 19 may 2017-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!