BDU-nun əməkdaşları “X qlobal Konfutsi İnstitutu” konfransında iştirak ediblər

14/12/2015

Bakı Dövlət Universitetinin əməkdaşları Çin Xalq Respublikasının Şanxay şəhərində keçirilən “X qlobal Konfutsi İnstitutu” konfransında iştirak ediblər. Konfutsi İnstitutunun baş qərargahı tərəfindən təşkil olunmuş konfrans öz işinə Baş Assambleyanın keçirilməsi ilə başlayıb. Direktorların Forumu çərçivəsində Beynəlxalq Çin dili müəllim sertifikatlaşdırma üçün test və yerli müəllimlərin yetişdirilməsi, Konfutsi institutları arasında resursların paylaşımı, onlayn Çin dili tədrisinin inkişafı və digər mövzular müzakirə olunub. 2 gün davam edən konfransda universitet prezidentlərinin forumu keçirilib. Forum çərçivəsində müəssisələrin dəstəklənməsində Konfutsi İnstitutunun ən yaxşı təcrübələri, universitetlərdə Konfutsi institutları və  Çin dili ixtisası arasında əlaqələr, Konfutsi institutlarının inkişaf perspektivləri (2016-2020), fond artımı və idarəçiliyi, Konfutsi institutları və "İpək yolu iqtisadi kəməri" təşəbbüsləri, Çin tərəfdaş universitetlərinin təcrübələri və digər məsələlər müzakirə olunub.  Konfrans sonunda Konfutsi İnstitutunun baş qərargahı tərəfindən bağlanış mərasimi təşkil olunub.

Qeyd edək ki, forum çərçivəsində BDU-nun Xarici tələbələrlə iş üzrə dekanı Gülheyran Rəhimova və  Konfutsi İnstitutunun Azərbaycan Respublikası tərəfindən direktoru, dosent Oktay Cəlilbəylinin iştirakı ilə bir sıra görüşlər keçirilib.Belə ki, Konfutsi İnstitutunun baş qərargahı Hanbanın baş direktor müavini Xia Jianhui və Konfutsi İnstitutunun Asia və Afrika işləri üzrə direktoru Shao XuBo ilə görüş keçirilib. Anhui Universitetinin prorektoru, professor Benli Yu, Beynəlxalq əlaqələr şöbəsinin dekanı  Zhiyuan Guo və Şanxay Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin dekan müavini, doktor Ni Lin ilə keçirilən görüşlər çərçivəsində Konfusti İnstitutunun fəaliyyəti və universitetlər arasında olan əməkdaşlığın daha da genişləndirilməsi məsəslələri müzakirə edilib. BDU əməkdaşlarının Ukrayna, Moldova, Tbilisi universitetlərinin nümayəndə heyətləri ilə keçirdiyi görüşlərin sonunda qarşılıqlı əməkdaşlıq barədə razılıq əldə olunub.

Mətbuat və informasiya şöbəsi, 14 dekabr 2015-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!