BDU-nun əməkdaşları beynəlxalq konfransda iştirak ediblər

07/03/2017

1-3 mart 2017-ci il tarixlərində Moldovanın paytaxtı Kişinyov şəhərində “Ekoloji və ətraf mühit kimyası - 2017" mövzusunda VI beynəlxalq konfrans keçirilib. Moldova Elmlər Akademiyası, UNESCO, həmçinin digər milli və beynəlxalq təşkilatlar tərəfindən dəstəklənən konfransda 20-dən çox ölkədən 300-ə yaxın nümayəndə iştirak edib. Tədbirdə çoxsaylı Azərbaycan alimləri, o cümlədən Bakı Dövlət Universitetinin Hidrimeteorologiya kafedrasının müdiri, professor Fərda İmanov və Coğrafiya fakültəsinin müəllimi Aytən Səmədova da iştirak ediblər. Konfransda professor F.İmanov "Suyun təmizlənməsi prosesində “Yaşıl texnologiya”ların tətbiqi", mövzusunda elmi məruzə ilə çıxış edib.

Konfrans çərçivəsində Azərbaycan alimləri Moldova Elmlər Akademiyasının və universitetlərin rəhbərləri, həmçinin Azərbaycanın Moldova Respublikasındakı səfirliyinin və diaspor təşkilatının nümayəndələri ilə görüşlər keçirib, ölkələr arasında elm və təhsil üzrə əməkdaşlığın gücləndirilməsi istiqamətində müzakirələr aparıblar.

Mətbuat və informasiya şöbəsi, 07 mart 2017-ci il

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!