BDU-nun əməkdaşı İzmirdə simpoziumda iştirak edib

27/06/2012

BDU-nun Beynəlxalq Proqramlar və Layihələr şöbəsinin müdiri, Jurnalistika fakültəsi Beynəlxalq jurnalistika kafedrasının dosenti Təranə Mahmudova 10-13 iyun tarixlərində Türkiyə Izmir universitetində keçirilmiş  simpoziumda iştirak edib.

T. Mahmudova simpoziumda “Qlobal kommunikasiya və Azərbaycan: Kommunikasiyada yeni meyllərin dilə təsiri” adlı tədqiqatının nəticələrini təqdim edib, iştirakçıları maraqlandıran sualları cavablandırıb.

Beynəlxalq Proqramlar və Layihələr şöbəsinin müdiri kimi T. Mahmudova İzmir universitetinin Beynəlxalq Əlaqələr departamentinin müdiri xanım Güneş Becerik ilə görüşüb və universitetlər  arasında əməkdaşlıq yaratmaq təşəbbüsü ilə çıxış edib. Görüş zamanı  gələcək əməkdaşlığın formaları və rəsmiləşdirilməsi yolları, universitetlərarası anlaşma memorandumunun hazırlanması və müddəaların razılaşdırılması məsələləri müzakirə edilib.

Qeyd edək ki, “Dil və kommunikasiya araşdırmaları: tədqiqatda çağdaş meyllər və problemlər ” adlı simpozium  Dil və kommunikasiya Araşdırmaları institutunun təşkilatçılığı ilə gerçəkləşib.

Mətbuat və informasiya şöbəsi, 27 iyun 2012-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!