BDU-nun əməkdaşı Beynəlxalq seminarda iştirak edib

08/06/2016

Bakı Dövlət Universitetinin Beynəlxalq proqramlar və qrantlar şöbəsinin əməkdaşı Mehdi Gülməmmədli Azərbaycan Respublikasının Təhsil Nazirliyinin xətti, Çin Xalq Respublikasının Ticarət Nazirliyinin dəstəyi, Ningbo Politexnik Universitetinin təşkilatçılığı ilə Çində baş tutan beynəlxalq seminarda iştirak edib.

"Seminar for Teachers from developing Countries along the One Belt One road” adlı beynəlxalq seminarda Azərbaycan, Özbəkistan, Gürcüstan, Nigeriya, Panama, Misir və Vanuatudan olan nümayəndələr müxtəlif mövzularla bağlı mühazirələrdə çıxış ediblər. Onlar, həmçinin seminar çərçivəsində ÇXR-in Siamen, Şanxay şəhərlərinə səyahət edərək orta ümumtəhsil məktəblərində olub, ali məktəblərdə dərsləri müşahidə ediblər.

Həftənin beş günü baş tutan mühazirələr ərzində ÇXR-in mədəniyyəti, elmi tədqiqatın əsasları, çin elementləri, çin kallioqrafiyası, müasir təlimin əsası: İnnovasiya və müasirlik, beynəlxalq təhsil, dərsin təşkilində ən çox istifadə olunan müasir təlim metodları və onlardan istifadə, uğurlu dərsin təşkili və qiymətləndirilməsi, milli mədəniyyət və xalqlararası ünsiyyət kimi mövzular ətrafında maraqlı və interaktiv diskussiyalar təşkil olunub.

Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində Ningbo Politexnik Universitetinin prorektoru Cen Yongla görüşüblər. Beynəlxalq seminarda Təhsil Nazirliyi və seminar rəhbərliyi tərəfindən qrup rəhbəri olaraq seçilən BDU əməkdaşı çinli və xarici nümayəndələrə Azərbaycan haqqında mühazirə oxuyub.

Mətbuat və informasiya şöbəsi, 08 iyun 2016-cı il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!