BDU-nun magistrantı “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” adlı məqalə müsabiqəsində II yerin qalibi olub

07/05/2013

Görkəmli siyasi xadim, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illiyinə həsr olunmuş “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” mövzusunda keçirilimiş publisistik məqalə müsabiqəsində BDU-nun Filologiya fakültəsinin I kurs magistrantı, fakültə TEC-in sədri Ayşən Sadıqlı II yerin qalibi olub, diplom və pul mükafatı ilə təltif olunub. Bu müsabiqə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən ali məktəb tələbələri arasında keçirilib və əsas məqsəd gənc nəslin milli vətənpərvərlik ruhunu yüksəltmək və gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə olunmasını təbliğ etməkdir. Müsabiqəyə 80-dən çox işin təqdim olunduğu və yekun nəticələrinə əsasən iştirakçılardan 3 nəfərin qalib seçildiyi, bundan əlavə daha 10 işin münsiflər tərəfindən həvəsləndirici diplomlara layiq görüldüyü bildirilib.

Qaliblərin təqdimetmə mərasimi 6 may 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında keçirilib. Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, Milli Məclisin Regional məsələlər Komitəsinin sədr müavini, millət vəkili Fəttah Heydərov, millət vəkili Elmira Axundova, AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun şöbə müdiri Rəna Mirzəzadə və başqaları iştirak edib.

Ayşən Sadıqlı, həmçinin, son vaxtlarda ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr olunmuş bir neçə elmi konfransda uğurla çıxış edib. Belə ki, 15-16 martda Bakı Slavyan Universitetində keçirilmiş “Filologiya elminin aktual problemləri” V Beynəlxalq tələbə elmi konfransının iştirakçısı olub və “Sertifikat”la təltif edilib. 25-26 apreldə Magistrantların II Beynəlxalq elmi konfransında iştirak edib. 2-3 mayda Odlar Yurdu Universitetində “Azərbaycan – 2020: Gələcəyə baxış” mövzusunda keçirilmiş Beynəlxalq Elmi-praktiki konfransda fərqləndiyinə görə “Sertifikat”la təltif olub. Qeyd olunan konfransların hər biri ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunub.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!