BDU-nun magistrantı diplomla təltif olunub

07/05/2014

2014-cü il may ayının 6-da Bakı Biznes Universitetində ümummilli lider Heydər Əliyevin 91-illiyinə həsr olunmuş “Sivil bazar iqtisadiyyatı münasibətlərinin inkişaf istiqamətləri” mövzusunda konfrans keçirilib. Konfrans iqtisadiyyatın müxtəlif sahələrlə əlaqəsi haqqında çıxışlar üçün seksiyalara bölünüb. Ekologiya ilə əlaqədar seksiyada Bakı Dövlət Universitetinin “Ekologiya və Torpaqşünaslıq” fakültəsinin I kurs magistrantı Rizayeva Afaq məruzə ilə çıxış edib. Yekunda “Azərbaycan gəncləri arasında ekoloji təhsil və ətraf mühit mədəniyyətinin formalaşması” mövzusunda uğurlu çıxışına və çıxışında gənclər arasında ətraf mühit mədəniyyətinin formalaşmasının ölkə iqtisadiyyatının inkişafında rolunu açıqladığına görə Bakı Biznes Universitetinin rektoru tərəfindən I dərəcəli diplomla təltif olunub.

Mətbuat və İnformasiya şöbəsi, 07 may, 2014-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!