BDU-nun Konfutsi İnstitutunda Beynəlxalq tolerantlıq günü qeyd edilib

18/11/2016

Bakı Dövlət Universitetinin nəzdində olan Konfutsi İnstitutunda Beynəlxalq tolerantlıq Gününə həsr edilmiş tədbir keçirilib. Tədbir BDU-nun Konfutsi İnstitutu, Təhsil Nazirliyi və GreenPen.az Təhsil şəbəkəsi ilə birgə təşkilatçılıq nəticəsində reallaşıb.

Tədbir giriş nitqi ilə Elm və İnnovasiyalar üzrə prorektor, AMEA-nın müxbir üzvü Aydın Kazımzadə açıb. Sonra "Humanizm, tolerantlıq və multikulturalizm çoxmillətli cəmiyyətdə: siyasi institutların rolunun fəlsəfi təhlili" mövzusunda məruzə ilə Təhsil Nazirliyinin koordinatoru  Elçin Sərdarov çıxış edib.

Tədbir iştirakçıları qarşısında Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin ikinci katibi Zheng Hayning çıxış edərək bildirib ki, Çin hər bir zaman müxtəlif mədəniyyətlərə və xalqlara hörməti uca tutub.

Daha sonra BDU-nun Konfutsi İnstitutunun direktoru, Uzaq Şərq Dilləri və Ədəbiyyatı kafedrasının müdiri, dosent Oktay Cəlilbeyli "Müasir cəmiyyətdə multikulturalizm" məruzəsi iləçıxış edib.

Tədbirdə, həmçinin, "Tərəqqi" QHT-nin sədri, sosiologiya doktoru Əhməd Qəşəmoglu, "Simurq" Mədəniyyət Assosiasiyasının sədri, professor Fuad Məmmədov, "Müstəqil Azərbaycan Müəllimləri” təşkilatının rəhbəri Məlahət Mürşüdlü və başqaları çıxış ediblər.

Mətbuat və informasiya şöbəsi, 18 noyabr 2016-cı il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!