BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsində Həmkarlar Təşkilatının hesabat-seçki iclası

02/03/2015

Bu gün Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsində Həmkarlar Təşkilatının hesabat-seçki iclası keçirilib. Dekan, dosent Azad Qurbanovun çıxışından sonra fakültənin Həmkarlar Təşkilatının sədri Nigar İsmayılovanın hesabatı dinlənilib. 3 il ərzində görülən işlər barədə ətarflı məlumat verən Nigar İsmayılovanın məruzəsindən sonra professor Xəlil İsmayılov, docentlər Mehmanəli Məmmədov və Rasim Süleymanov cıxış ediblər. Məruzə qənaətbəxş hesab edilib.

Sonra BDU HİK-in sədri Fikrət Şiriyev çıxış edərək, Nigar İsmayılovanın hesabatını yüksək qiymətləndirib, işindən razı qaldığını bildirib. Sonra o, yay məzuniyyəti və asudə vaxtların dəyərləndirilməsi haqqında verilən suallara cavab verib.

Fakültə Həmkarlar Təşkilatının bürosuna yeni üzvlər seçilib. Nigar İsmayılova yenidən sədr seçilib.

Mətbuat və İnformasiya şöbəsi, 02 mart 2015-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!