BDU-nun kafedra müdiri TÜRKSOY medalına layiq görülüb

03/11/2016

Dahi türk şairi, mütəfəkkiri və dövlət xadimi Yusif Xas Hacib Balasağunlunun anadan olmasının min illiyi münasibətlə TÜRKSOY 2016-cı ili Yusif Balasağunlu ili elan edib. Bu çərçivədə Türkiyədə, Qazaxıstanda, Qırğızıstanda və Azərbaycanda yubiley tədbirləri, konfrans və simpoziumlar keçirilib, Yusif Balasağunlu və onun məşhur “Qutadğu Bilig” poeması ilə bağlı maraqlı elmi məruzələr oxunub. Tanınmış türkoloq və ədəbiyyatşünas, BDU-nun türkologiya
kafedrasının müdiri, professor Ramiz Əskər yubileyə töhfə olaraq “Qutadğu Bilig biblioqrafiyası” adlı kitab yazıb. Burada 20 dildə (Azərbaycan, türk, qazax, özbək, uyğur, qırğız, ingilis, fransız, alman, italyan, macar, rus, Çin və s.) 1540 biblioqrafik mənbə (kitab, minoqrafiya, məqalə, dissertasiya və s.) toplanıb. Astanadakı Lev Qumilyov adına Milli Universitetin ədəbiyyat fakültəsində isə müəllifin iştirakı ilə təqdimat mərasimi keçirilib.
Daha sonra Türk Dünyasının 2016-cı il mədəniyyət patyaxtı Şəki şəhərində TÜRKSOY-un və M.F.Axundzadə adına Milli Kitabxananın təşkil
etdiyi beynəlxalq elmi konfransda həmin tədbirə qatılan xarici qonaqlara və şəhər ictimaiyyətinin nümayəndələrinə təqdim edilib.

Qeyd edək ki, “Qutadğu Bilig”lə bağlı sanballı araşdırmalarına görə Ramiz Əskər TÜRKSOY-un təsis etdiyi “Yusif Balasağunlu” medalı ilə təltif edilib.  Xatırladaq ki, alim “Qutadğu Bilig”i ana dilimizə tərcümə edib, bu əsər üzrə iri monoqrafiya və namizədlik dissertasiyası yazıb, iyirmiyə yaxın məqalə qələmə alıb.

Mətbuat və informasiya şöbəsi, 03 noyabr 2016-cı il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!