BDU-nun Hüquq fakültəsində beynəlxalq elmi-praktiki konfrans

08/06/2016

Bakı Dövlət Universitetinin Hüquq fakültəsində “Heydər Əliyev və Azərbaycanda  hüquqi dövlət quruсuluğu” mövzusunda beynəlxalq elmi-praktiki  konfrans keçirilib.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş tədbiri giriş sözü ilə açan BDU-nun Elm və innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü, professor Aydın Kazımzadə ulu öndərin tarixi xidmətlərindən, ölkəmizin hüquqi dövlət quruculuğu istiqamətində gördüyü işlərdən bəhs edib. BDU-da keçirilən beynəlxalq konfransların əhəmiyyətindən danışan prorektor Aydın Kazımzadə belə tədbirlərin universitetin beynəlxalq əlaqələrinə, o cümlədən elmin və təhsilin inkişafına müsbət təsirini qeyd edib. Hüquq fakültəsinin dekanı, professor  Əmir Əliyevin konfrans barədə ətraflı məlumatından sonra Ukrayna Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Vladimir Denisov, Ukrayna Milli Elmlər Akademiyasının həqiqi üzvü, professor Oleq Zayçuk, professor Kamil Səlimov, professor Leonid Timçenko, professor Yuriy Burilon, professor Əmir Əliyev və dosent Turqay Hüseynovun məruzələri dinlənilib. Konfrans öz işini “İnsan hüquqları”, “Dövlət və hüquq nəzəriyyəsi  və tarixi, konstitusiya hüququ”, “Beynəlxalq hüquq”, “Cinayət hüququ, cinayət prosesi,  kriminalistika və məhkəmə ekspertizası”,  “Mülki hüquq, mülki proses və kommersiya hüququ,  əmək və ekologiya hüququ” bölmələrində davam etdirib. Bölmələrdə ümumilikdə 172 məruzə dinlənilib.

Mətbuat və informasiya şöbəsi, 08 iyun 2016-cı il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!