BDU-nun Hüquq fakültəsi “Müasir dövrdə insan hüquqlarının inkişafi: beynəlxalq və milli təcrübə” mövzusunda dəyirmi masa keçirib

15/12/2017

Bakı Dövlət Universitetinin Heydər Əliyev Mərkəzində Hüquq fakültəsi “İnsan hüquqları və informasiya hüququ” üzrə YUNESKO kafedrasının bilavasitə təşkilatçılığı ilə  10 dekabr Beynəlxalq insan hüquqları gününə və Azərbaycan Respublikası - YUNESKO əməkdaşlığının 25 illiyinə həsr edilmiş “Müasir dövrdə insan hüquqlarının inkişafi: beynəlxalq və milli təcrübə” mövzusunda dəyirmi masa keçirilib. “İnsan hüquqları və informasiya hüququ” üzrə YUNESKO kafedrası müəllimlərinin və digər tədqiqatçıların elmi məruzələrinin dinlənildiyi dəyirmi masada Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin, Azərbaycan Respublikası Prokurorluğunun, İnsan hüquqları üzrə Müvəkkil (Ombudsman) aparatının, Dövlət Neft Şirkətinin, AMEA Hüquq və İnsan haqları üzrə Elmi-Tədqiqat İnstitununun, beynəlxalq qeyri-hökumət təşkilatlarının nümayəndələri, müstəqil hüquqşünaslar, magistrantlar və tələbələr iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan BDU-nun Hüquq fakültəsinin dekanı və “İnsan hüquqları və informasiya hüququ” üzrə YUNESKO kafedrasının müdiri, hüquq üzrə elmlər doktoru, professor Əmir Əliyev “İnsan hüquqlarının təbliği və tədrisi bu sahədə əsas təminat vasitəsi kimi” mövzusunda məruzə edib. Məruzədə dövlətimizin insan hüquqları istiqamətindəki fəaliyyəti təhlil edilib və xüsusi olaraq bildirilib ki, əsası ümummili lider  Heydər Əliyev tərəfindən qoyulan uğurlu insan hüquqları da daxil olmaqla, daxili və xarici siyasət bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir. Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş 28 dekabr 2006-cı il Milli Fəaliyyət Planı və 27 dekabr 2011-ci il tarixli Milli Fəaliyyət Proqramı dövlətimizdə yüksək səviyyədə yerinə yetirilib. Məruzədə, eyni zamanda, Azərbaycan Respublikasının beynəlxalq təşkilatlarda, xüsusən YUNESKO-da apardığı ideal fəalyyət konkret faktlarla göstərilib. Qeyd edilib ki, bu istiqamətdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın yorulmaz və geniş istiqamətli fəaliyyəti dövlətimizin beynəlxalq imicinin daha da artmasına gətirib çıxarıb. Daha sonra, məruzədə insan hüquqları sahəsində dayanan vəzifələr, bu istiqamətdə elmi-tədqiqat işlərinin vəziyyəti, tədris prosesi barədə perspektivlər təhlil edilib.

Dəyirmi masa işini “İnsan hüquqlarının nəzəri əsasları”, “İnsan hüquqlarının müdafiəsi təcrübəsi” və “İnformasiya hüququ: nəzəri və təcrübi məsələlər” adlı üç bölmədə davam etdirib və 30 elmi məruzə dinlənilib.

Mətbuat və informasiya şöbəsi, 15 dekabr 2017-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!