BDU-nun “Gənc İstedadlar” liseyində “Cavid gecəsi”

11/05/2016

Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən “Gənc İstedadlar” liseyində “Cavid gecəsi”  adlı açıq dərs keçirilib. Tədbiri giriş sözü ilə liseyin rus dili və ədəbiyyatı müəllimi, filologiya üzrə fəlsəfə doktoru Səmayə Kərimova açaraq Azərbaycanın böyük şairi, dramaturq Hüseyn Cavidin Azərbaycan ədəbiyyatında yeri və rolundan bəhs edib.

BDU-nun jurnalistika fakültəsinin radio və televiziya kafedrasının dosenti, cavidşünas Sevil Həsənova isə Cavid ədəbi məktəbinin Azərbaycan publisistikasındakı rolundan bəhs edib, şeirlərini səsləndirib.

11-ci sinif şagirdlərinin böyük mütəfəkkirin yaradıcılığına həsr olunmuş çıxışları dinlənilib, “İblis”, “Qız məktəbində”, “Hüseyn Cavid” simfoniyası, “Cavid ömrü filminin treyleri” əsərlərinin videoçarxı təqdim olunub.

Sonda BDU-nun humanitar fakültələr üzrə  rus dili kafedrasının müdiri, dosent Ədibə Paşayeva çıxış edərək tədbirin təşkilini, o cümlədən şagirdlərin təqdimatını  yüksək qiymətləndirib. O, bu səpkili tədbirlərin davamlı olmasını, rus bölmələrində Azərbaycan ədəbiyyatının tədrisinin vacibliyini  vurğulayıb.

Qeyd edək ki, açıq dərsdə BDU-nun  təbiət elmləri üzrə  rus dili kafedrasının müdiri, professor Mikayıl Cəfərov, Rus dilçiliyi kafedrasının baş müəllimi Firavan Məmmədbəyli, Bakı Slavyan Universitetinin dosenti Sevinc Məmmədova, akademik Zərifə Əliyeva adına liseyin direktoru, filologiya üzrə fəlsəfə doktoru Mehriban Vəliyeva və  Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin müəllimi Boquş Darya da iştirak edib.

Mətbuat və informasiya şöbəsi, 11 may 2016-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!