BDU-nun “Gənc istedadlar” liseyində Bilik bayramı qeyd edilib

15/09/2012

Bu gün Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyində Bilik günü keçirilib. Dövlət himni səsləndikdən sonra BDU-nun rektoru, akademik Abel Məhərrəmov tədbir iştirakçılarını bu münasibətlə təbrik edib, liseyin qazandığı uğurlardan söz açıb. İndiyədək liseyi bitirmiş məzunların hamısının ən qabaqcıl ali məktəblərə daxil olduqlarını, bununla da Universitetimizin adına böyük şərəf gətirdiklərini söyləyən rektor, bu il 1000 nəfərin arasından seçilmiş 80 şagirdin də yaxşı oxuyacağını, universitetimizə şərəf gətirəcəyinə ümid etdiyini bildirib. Liseyin direktoru, professor Qasım Hüseynov da şagirdləri yeni dərs ilinin başlanması münasibəti ilə təbrik edib, onlara uğurlar diləyib. Sonra söz 686 bal toplayan və təhsilini BDU-da davam etdirəcək Bəhram Axundova, son iki ilin Respublika Olimpiadasının qalibi, Astanada keçirilmiş Beynəlxalq Mendeleyev Olimpiadasının üçüncü mükafatçısı Sona Quluzadəyə verilib. Liseyin 6-cı sinif şagirdləri Lalə Muradlı və Orduxan Qəhrəmanzadənin çıxışından sonra liseyə yenicə qəbul edilmiş beşinci sinif şagirdləri  - qəbulda yüksək bal toplamış Fərid Mahmudov və rus sektoruna qəbul üzrə ən yüksək bal toplamış İmran Cəbrayılov çıxış ediblər.

Mətbuat və informasiya şöbəsi, 15 sentyabr 2012-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!