BDU-nun Fəxri professoru Abuzər Xələfovun 85 illik yubileyi qeyd edilib

24/11/2016

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Bakı Dövlət Universitetinin Fəxri professoru, Azərbaycan Respublikasının Əməkdar elm xadimi və Əməkdar mədəniyyət işçisi, BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının akademiki, Prezidentin fəxri təqaüdçüsü, “Şöhrət” ordenli, tarix elmləri doktoru, professor Abuzər Xələfovun anadan olmasının 85 illik yubileyi münasibəti ilə görüş keçirilib. Görüşdə professor Abuzər Xələfovun həyat və elmi -pedoqoji fəaliyyəti barədə Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı, dosent Azad Qurbanov məruzə ilə çıxış edib. Dosent E.Əhmədov, dosent N.İsmayılov, dosent K. Aslan, dosent R.Süleymanovun çıxışından sonra Kitabxanaçılıq-informasiya fakültəsinin özfəliyyət dərnəyi üzvlərinin ifasında yubilyara həsr olunmuş şeir və musiqi nömrələri dinlənilib. Sonda yubilyar -professor Abuzər Xələfov çıxış edərək görüş üçün Gənclər Kitabxanasının kollektivinə, ona göstərilən diqqətə görə Respublika Prezidentinə, BDU-nun rektoru, akademik Abel Məhərrəmova,  Kitabxanaçılıq-informasiya fakültəsinin dekanlığına təşəkkürünü bildirib və tədbirdə iştirak edən gənclərə dövlətimizə sədaqətli olmağı, müstəqilliyimizi qorumağı, öz sənətində peşəkar olmağı tövsiyə edib.

Mətbuat və informasiya şöbəsi, 24 noyabr 2016-cı il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!