BDU-nun Fizika fakültəsində Respublika Elmi konfransı keçirilib

23/05/2014

22 may 2014-cü il tarixində Fizika fakültəsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunmuş magistrantlarin və gənc tədqiqatçilarin «fizika və astronomiya problemləri» Respublika Elmi konfransı  keçirilib. İclası Elm və İnnovasiyalar üzrə prorektor, professor Aydın Kazımzadə açıq elan edib. Plenar iclasda II kurs magistrantların Qəribli A.A. Epitermal neytronların nano Si – a təsirinin tədqiqi Şirinova H.A. Polietilenqlikol-dekstran-su ikifazalı sistemındə komponentlər arası qarşılıqlı təsir parametrinin hesablanması adlı tezislərinin məruzələri dinlənilib. Plenar iclasdan sonra konfrans öz işini 4 bölmə üzrə davam etdirib. 100 məruzə ilə 100 magistrant və gənc tədqiqatçı çıxış ediblər. Bölmələrdə 1. nəzəri fizika və astrofizika (22 məruzə) 2. bərk cisimlər və yarımkeçiricilər (24 məruzə) 3. fiziki elektronika və radioelektronika (23 məruzə) 4. biofizika və molekulyar fizika (2 iclas 15+14 məruzə) dinlənilmişdir. Iştirakçılardan 89 məruzəçi Bakı Dövlət Universitetinin magistrantları və doktorantları, Şamaxı Astrofizika rəsədxanasından – 6 nəfər, Azərbaycan Dövlət Pedaqoji Universitetindən 5 nəfər. Çıxışlar ətrafında geniş müzakirələr aparılıb. Konfrans işinin ikinci gününü Pirqulu rəssədxanasında davam etdirəcək.

Mətbuat və informasiya şöbəsi, 23 may 2014-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!