BDU-nun filoloqları Gənc Tədqiqatçıların II Beynəlxalq Elmi Konfransında

30/04/2018

Filologiya fakültəsinin tələbə və gənc əməkdaşları  Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş Gənc Tədqiqatçıların II Beynəlxalq Elmi Konfransında iştirak ediblər.   Konfransda Azərbaycan dilçiliyi kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru  Səbinə Vəliyeva, “Türkoloji araşdırmalar” ETL-in əməkdaşları  Anar Fərəcov və TEB-in sədri Pərvin Eyvazov, tələbə və gənc tədqiqatçılardan Nübar Abasova, Ülvi Mikayılov, Aynur Rzayeva, Kamilə Qədimli, Sevda Babayeva, Nərminə Fazilova, Sabah qruplarından Könül Tağızadə, Fidan Məmmədova, Rəhiməxanım Mürvətova, Elza Məmmədova, Gülnur Haqverdiyeva və başqaları Azərbaycan dilçiliyinin və ədəbiyyatşünaslığının aktual problemlərinə həsr olunmuş maraqlı elmi məruzələrlə çıxış ediblər.  Qeyd edək ki, konfransa Azərbaycanla yanaşı, Türkiyə, ABŞ, Almaniya, İngiltərə kimi onlarla xarici ölkədən 1320 material göndərilib və bunlardan yalnız tələblərə uyğun olan 700 nəfər tədqiqatçının  tezisi qəbul edilərək  iki dildə çap olunub.

Tədbirin yekununda  iştirakçılara sertifikatlar   təqdim olunub.

Mətbuat və informasiya şöbəsi, 30 aprel 2018-ci il.


 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!