BDU-nun Elmi kitabxanasının direktoru fəxri diplom ilə təltif olunub

04/06/2014

Əsrin Ziyalıları Xeyriyyə İctimai Birliyi BDU-nun Elmi kitabxanasının müdiri Sara İbrahimovanı “Əsrin ziyalısı - ən yaxşı kitabxana rəhbəri” fəxri diplomu ilə təltif edib.

Qeyd edək ki, mətbuatla, adıçəkilən xeyriyyə ictimai birliyi ilə sıx təmasda olan Sara İbrahimova haqqında mətbuat səhifələrində yazılar dərc edilib, 53 ildən artıq kitabxanaçılıq fəaliyyətindəki uğurlarına görə bir sıra mükafat və fəxri fərmanlarla təltif olunub.

S. İbrahimova Azərbaycan Respublikasının “Əməkdar mədəniyyət işçisi”, Azərbaycanın “Əməkdar kitabxanaçısı” fəxri adlarına və “Tərəqqi” medalına layiq görülüb.

Mətbuat və İnformasiya şöbəsi, 04 iyun 2014-cü il.


 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!