BDU-nun Ekologiya və Torpaqşünaslıq Fakültəsi Həmkarlar Təşkilatının hesabat-seçki iclası keçirilib

17/02/2015

BDU-nun Ekologiya və Torpaqşünaslıq Fakültəsi Həmkarlar Təşkilatının  hesabat-seçki iclası keçirilib.İclası açan fakültə dekanı prof.Nazim Şəmilov iclasda iştirak edən BDU HİK- sədri Fikrət Şiriyevi və bütün əmədaşları salamlayıb.

Sonra HT sədri Akif Orucov hesabat üçün dəvət dəvət olunub. A.Orucov 3 il ərzində görülən işlər barədətədbir iştirakçılarınaətraflı məlumat verib. Hesabat ətrafında prof.Ş.Göyçaylı, prof.T.Xəlilov, dos.T.Nizamzadə, dos.A.Hüseynli, dos.Ə.Əmirbəyov çıxış ediblər və hesabatı qənaətbəxş hesab etdiklərini bildiriblər. Dos.T.Nizamzadə öz çıxışında A.Orucovun və fakültə HT işini yüksək qiymətləndirib. Sonra BDU HİK-in sədri F.Şiriyev çıxış edərək sualları cavablandırıb, yay məzuniyyətinin idman oyunları ilə bağlı irəli çəkilməsi təklifini müzakirə edib, müəllimlərin əmək haqlarının qaldırılması və asudə vaxtlarının dəyərləndirilməsi haqqında verilən suallara cavab verib. Sonda açıq səsvemə yolu ilə fakültə həmkarlar təşkilatının 5 nəfərdən ibarət yeni idarə heyəti seçilib. Dos. Akif Orucov yenidən fakültə həmkarlar təşkilatının sədri seçilib.

Mətbuat və informasiya şöbəsi, 17 fevral 2015-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!