BDU-nun dosenti cənub bölgəsində mühazirələr oxuyub

24/04/2018

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekan müavini, dosent Sevinc Əliyeva Cəlilabad rayon Heydər Əliyev Mərkəzində  “Bakı Dövlət Universiteti 100 ilin astanasında: tarixi ənənələr və müasirlik” mövzusunda mühazirə oxuyub. Dosent Sevinc Əliyeva BDU-nun tarixindən və bu günündən söz açaraq bu ali təhsil ocağının Azərbaycanda intellektual cəmiyyətin formalaşmasında müstəsna xidmətlərindən danışıb. Daha sonra BDU-nun tarixini əks etdirən film nümayiş etdirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Elçin Zeynalov, Cəlilabad rayon Heydər Əliyev Mərkəzinin müdiri Ofeliya Qəhrəmanova, Azərbaycan Pedaqoji Universitetinin Cəlilabad filialının müəllimi Tofiq İsgəndərov və Bakı Dövlət Universitetinin məzunları iştirak ediblər.

Növbəti gün Masallı rayon Heydər Əliyev Mərkəzində “Cümhuriyyət dövrü və mətbuat” mövzusunda mühazirə təşkil olunub. Dosent Sevinc Əliyeva Azərbaycan Xalq Cümhuriyyəti dövründə mətbuatın milli məfkurənin formalaşmasındakı rolundan bəhs edib. Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Qəşəm Hadıyev, Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva, Bilik Fondunun Masallı rayonu üzrə nümayəndəsi, “Dəfinə” məktəb-liseyin direktoru Taleh Əkbərov, Masallı Rayon Təhsil Şöbəsinin metodisti Əyyar Burhanov, təhsil meneceri Şəhriyar Məmmədov və yerli sakinlər iştirak ediblər. Qeyd edək ki, dosent Sevinc Əliyevanın Masallı Peşə Məktəbində və Astara şəhərində keçirilən tədbirlərdə də “Heydər Əliyev və Azərbaycan mətbuatı” mövzusunda mühazirələri dinlənilib.

Mətbuat və informasiya şöbəsi, 24 aprel 2018-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!