BDU-nun doktorant və magistrantları Polşa və Portuqaliyada treninqlərə qatılıblar

05/04/2016

Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin doktorantı Leyla Nağıyeva, magistrantları -  Fatimə Əhmədova, Fidan Qasımzadə və Abbas Əliyev Polşanın Lodz şəhərində yerləşən Sosial Elmlər Universiteti və Portuqaliyanın Lusofona Humanitar Elmlər və Texnologiya Universitetində təşkil olunmuş treninqlərdə iştirak ediblər. BDU-nun da iştirak etdiyi TEMPUS CURDEUS proqramı çərçivəsində baş tutan treninq “Avropa İttifaqı elmləri (Avropaşünaslıq) sahəsində kurrikulumun inkişafı və kadr potensialının artırılması” mövzusunda olub.  Bir aylıq treninqin nəticəsi olaraq iştirakçılar kurrikulum proqramı sahəsində daha geniş biliklərə yiyələnib və kadr potensialının artırılması sahəsində təlimlərdə iştirak edərək yeni tədris metodlarını mənimsəyib, təcrübi dərslərdə iştirak edib və sertifikata layiq görülüblər.

Mətbuat və informasiya şöbəsi, 05 aprel 2016.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!