BDU-nun doktorantı müsabiqə qalibi olub

18/09/2014

Bakı Dövlət Universitetinin əməkdaşı və doktorantı Elvin Məlikov Elmin İnkişafı Fondunun elan etdiyi 5-ci “Mobillik qrantı” layihəsinin qaliblərindən olub. Doktorant Macarıstanın Szeged Universitetinin Təbiət elmləri və informatika fakültəsinin Tətbiqi və ətraf mühit kimyası kafedrasında “Mikrostruktur analiz metodları və mexaniki sınaqlar” istiqamətində 30 gün müddətinə təcrübə keçəcək.

Layihənin məqsədi sözügedən mövzuda Avropanın qabaqcıl universitetlərinin təcrübəsinin Bakı Dövlət Universitetinə gətirilməsini, elmi tədqiqatlarda istifadəsini və hətta gələcəkdə tələbələrə tədris edilməsini əhatə edir.

Qeyd edək ki, Elvin Məlikov buna qədər Avropa İttifaqının 7-ci Çərçivə layihəsi ilə yanaşı, daha bir neçə proqram qaliblərindəndir.

Mətbuat və informasiya şöbəsi, 18 sentyabr 2014-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!