BDU-nun dekanı İslam ölkələrınin birinci Beynəlxalq Sammitində iştirak edib

08/01/2016

BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı, dosent Azad Qurbanov 27-29 dekabr 2015-ci il tarixlərində İran İslam respublikasının Tehran şəhərində Elm və texnologiyaların inkişafı üzrə İslam ölkələrınin birinci Beynəlxalq Sammitində iştirak edib. Sammitin plenar iclasında cıxış edən Azad Qurbanov”İslam ölkələri üzrə vahid informasiya məkanının yaradılması layihəsini” təqdim edib. Sammitdə 56 islam ölkəsindən çox sayda nümayəndə heyəti iştirak edib və yüksək texnologiyaların işlənilməsi və tətbiqi sahəsində geniş sərgi də iştirakçıların müzakirəsinə təqdim olunub.

İslam ölkələrinin çoxsaylı universitetlərinin təmsil edildiyi sammitdə maraqlı ideyalar, yeni texnolojı layihələr təqdim olunub. Sammitdə bu universitetlərlə BDU arasında gələcək əməkdaşlıq itiqamətləri müzakirə olunub və ikitərəfli görüşlərin keçirilməsi məqsədəuyğun hesab edilib.

İki və çoxtərəfli görüşlər zamanı Azərbyacanda elmi tutumlu texnoloji layihələrə  investisya qoyulması məsələsi də müzakirə edilib.

Sammitdə İslam ölkələrində Brend məhsulları və markaları mövzusu da müzakirə edilib. İslam ölkələri brendlərinin öyrənilməsi və təbligi sahəsində tövsiyələr işlənib hazırlanması məqsədilə xüsusi işçi qrup yaradılıb.

Mətbuat və informasiya şöbəsi, 08 yanvar 2016.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!