BDU-nun DEKAN MÜAVİNİ BEYNƏLXALQ ASSOSİASİYANIN VİTSE-PREZİDENTİ SEÇİLİB

02/05/2011

Aprelin 27-29-da Qazaxıstanın paytaxtı Astana şəhərində simpozium keçirilib. Tədbirdə Tükdilli Xalqların Beynəlxalq Hüquq Assosiasiyası təsis edilib. Simpoziumda qurumun nizamnamə və əsasnaməsi qəbul edilib.

Həmin sənədlərə uyğun olaraq qurumu idarə edəcək rəhbər orqanlar da yaradılıb. Qazaxıstanın Lev Qumilyov adına Avrasiya Milli Universitetinin rektoru Baxıtcan Abdıraimov qurumun prezidenti seçilib. Bakı Dövlət Universitetinin hüquq fakültəsinin dekan müavini Məhəmməd İmanlı və Türkiyə Ədliyyə Akademiyasının prezidenti Hüseyn Yıldırım isə qurumun vitse-prezidentləri seçiliblər.

Qeyd edək ki, Tükdilli Xalqların Beynəlxalq Hüquq Assosiasiyası bütün türkdilli xalqların hüquq sistemlərini təhlil edəcək, nəticələri türkdilli xalqların dillərində və ingilis dilində kitabça şəkilində çap edəcək. Qurumun iclasları hər il keçiriləcək.

Mətbuat və informasiya şöbəsi, 02 may 2011-ci il.

(Material APA, musavat.com informasiya agentliyində və xəbər portalında yayımlanıb  02 may 2011-ci il)

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!