BDU-nun Coğrafiya fakültəsinin müəllimi Tayvanda təlimlərdə iştirak edib

07/11/2017

Tayvan Resublikasında “Təmiz Enerjinin İnkişaf Strategiyası” mövzusunda Beynəlxalq Əməkdaşlıq və İnkişaf Fondunun dəstəyi ilə təlimlər keçirilib. 30-dək ölkənin təmsil olunduğu silsilə təlimlərdə BDU-nun Coğrafiya fakültəsinin müəllimi Aytən Məhərrəmova iştirak edib. Təlimlər Tayvan Respublikasının Taipey, Pinqtunq və Kaohsiunq şəhərlərində Tayvan Beynəlxalq Əməkdaşlıq və İnkişaf Fondunun Beynəlxalq təhsil və təlim şöbəsinin bir sıra mərkəzlərində keçirilib. Milli Elm və Texnologiyalar İnstitutu, Ətraf Mühitin Mühafizəsi Administrasiyası, Milli Tayvan Universiteti və İqtisadiyyat Nazirliyinin Su resursları Agentliyinin mütəxəssisləri tərəfindən təşkil edilən təlimlərdə Təmiz Enerjinin İnkişaf Strategiyası, energetika sahəsində dayanıqlı inkişaf strategiyası, yaşıl enerji siyasəti və enerji qanunları, təmiz enerji üzrə metodologiyaların inkişafı kimi mövzular müzakirə olunub.
Üç həftədən artıq davam edən proqram çərçivəsində istehsalat sahələrinə və alternativ enerji üzrə sənaye müəssisələrinə sahə səfərləri, Tayvan Respublikasının tarixi və zəngin təbiəti ilə tanışlıq məqsədi ilə gəzintilər təşkil olunub. Bundan əlavə iştirakçılara müxtəlif tapşırıqlar verilib və onların məruzələri dinlənilib.
Sonda Tayvan Beynəlxalq Əməkdaşlıq və İnkişaf Fondunun nümayəndələri ilə iştirakçıların görüşü baş tutub və onlara sertifikatlar təqdim olunub.

geography.bsu.edu.az

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!