Beynəlxalq münasibətlər fakültəsində elmi seminar

17/04/2014

BDU-nun "Beynəlxalq Münasibətlər və İqtisadiyyat" fakültəsində “Dünya İqtisadiyyatının inkişaf meylləri və Azərbaycan iqtisadiyyatında dəyişiklərə zəminlər” mövzusunda elmi seminar keçirilib. Elmi Seminarda fakültənin professor-müəllim heyəti, magistrantlar, Azərbaycan İqtisadçılar İttifaqının sədr müavini, dosent Elşad Səmədzadə iştirak ediblər.

Seminarı giriş sözü ilə açan fakültənin elm və magistratura üzrə dekan müavini, dosent Mehriban Yadulla dünya iqtisadiyyatında baş verən inkişaf meylləri və bunun fonunda Azərbaycanda inkişafa zəminlərlə bağlı elmi müzakənin əhəmiyyətini qeyd edib. Sonra fakültənin magistrantları Rəfiqə Həmzəyeva “Beyin axını və Azərbaycanda inkişafına zəminlər”, Rəşad Qasımov “Böhranların aradan qaldırılmasında bankların rolu”, Aysel İmanova “Əhali gəlirlərində əmək haqqının xüsusi çəkisi və onun dəyişmə meylləri”, Fatma Musayeva “Gömrük rüsumlarının dövlət büdcəsinin gəlir hissəsinin formalaşmasında rolu”, Nəzrin Rüstəmbəyova “ Marketinqin Azərbaycanda inkişafı zəminləri”, Mahmud Abdullayev “Kənd təsərrüfatının Azərbaycanda inkişafı zəminləri”, Tofiq Məlikli “İnhisarçılıq və onun aradan qaldırılmasında zəminlər”, Sabir Hacıyev “İnsan kapitalının müdafiəsi və işsizlik” mövzüsunda məruzələr ediblər. Çıxışlar elmi-praktik seminarın iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Sonda fakültənin dekanı, professor Zeynal Həsənalıyev, “İqtisadiyyat və İdaəetmə” kafedrasının müdiri, professor Amil Məhərrəmov, “Dünya İqtisadiyyatı” kafedrasının müdiri, professor Hacıağa Rüstəmbəyov, dosent Mehriban Yadulla və dosent Elşad Səmədzadə magistrantlara çıxışları ilə bağlı sual və təkliflərini veriblər.

Mətbuat və İnformasiya şöbəsi, 17 aprel 2014-cü il.


 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!