BDU-nun basketbol komandası qalib olub

18/05/2010

Aprelin 22-dən mayın 3-nə qədər ölkənin 14 ali məktəbi arasında basketbol yarışları keçirilib. BDU-nun müxtəlif fakültələrinin tələbələrindən ibarət yığma komanda bütün oyunlar üzrə qələbə qazanaraq birinci yeri tutub.
Mayın 5-dən 12-dək Azərbaycan çempionatının basketbol üzrə birinci liqasında da BDU komandası qalib olub. Belə ki, final hissədə Bakı və Azərbaycanın müxtəlif rayonlarından 8 komanda iştirak edib. Yarımqruplar arasında keçirilən üç görüşdən qələbə qazanan BDU komandası final mərhələsində Renat və Makkabi komandaları yenərək birinci yeri tutub.
Beləliklə, aprelin 22-dən mayın 12-nədək keçirilən iki yarışda iştirak edən BDU komandası aliməktəblərarası çempion olub.

BDU-nun Mətbuat və İnformasiya şöbəsi, 18 may 2010-cu il.

 

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!