BDU-nun Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının əməkdaşları tələbələrlə Hüseyn Cavidin 135 illik yubileyini qeyd edib

25/10/2017

Bakı Dövlət Universiteti Filologiya fakültəsinin Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının əməkdaşları Hüquq fakültəsi I kurs tələbələrinin iştirakı ilə böyük dramaturq Hüseyn Cavidin 135 illik yubileyinə həsr olunmuş tədbir keçirib. Tədbirdə Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının müdiri, dosent Səidə Abbasova, dosent Sultan Seyidova, Əliheydər Ağakişiyev, İradə Məhərrəmova, Şəlalə Əliyeva, Filologiya fakültəsi Tədris-Metodiki Şurasının üzvü, dosent Reyhan Həbibli iştirak ediblər. Kafedranın dosenti Zöhrə Nəbiyeva bildirib ki, xalqın mənəvi yaddaşında silinməz izlər buraxan böyük sənətkar Hüseyn Cavid XX əsr Azərbaycan ədəbiyyatının yetişdirdiyi nadir ustadlardan, romantizm ədəbi məktəbinin poeziyamızda və dramaturgiyamızda yaradıcılarından biri, milli teatrın inkişafında böyük rol oynayan incəsənət xadimi, əsərləri ilə neçə nəslin mənəvi tərbiyəsini formalaşdıran qüdrətli sənətkar-pedaqoq olub. XX əsrin ən mürəkkəb, ziddiyyətli bir dövründə mübarizə aparan Hüseyn Cavidi 37-ci illərin repressiya tufanı həyatdan silsə də, ürəklərdən silə bilmədi. Uzaq Sibirdə vəfat edən Hüseyn Cavidin nəşi ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü ilə 45 ildən sonra doğma vətənə gətirilərək doğulduğu Naxçıvan torpağında dəfn edildi.

Hüquq fakültəsinin tələbəsi Nəzrin Əliyeva çıxış edərək bildirib ki, bütün türk xalqlarının mənəvi birliyini həyat və sənət idealı seçən Hüseyn Cavid xoşbəxt gələcəyi, azadlığı tərənnüm edən azad sənətkar idi. Ulu öndər Heydər Əliyevin dediyi kimi “Cavidin yaratdığı əsərlər Azərbaycan xalqının milli sərvətidir. Onlar bu gün  üçün, gələcək üçün dərslik kitabıdır".

Sonra tələbələrdən Prezident təqaüdçüsü İlhamə Hüseynli, Murad Orucov, Gültac İsgəndərli, Sara Quliyeva və başqaları ədibin həyat və yaradıcılığına həsr olunmuş çıxışlar edib, əsərlərindən parçalar söyləyiblər.

Mətbuat və informasiya şöbəsi, 25 oktyabr 2017-ci il.

 

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!