BDU-nun 97 yaşı tamam olur

01/09/2016

Bakı Dövlət Universitetinin yaranmasından 97 il ötür. Azərbaycan Demokratik Cümhuriyyəti Parlamentinin 1 sentyabr 1919-cu il tarixli iclasında Bakıda universitetin təsis edilməsi qərarı qəbul edilib və onun nizamnaməsi təsdiq olunub. Beləliklə Avropa və Asiyanın qovşağında yeni bir ali təhsil ocağı yaradılıb. İlk tədris ilini tarix-filologiya, tibb fakültələri və 44 müəllimlə başlayan Bakı Dövlət Universiteti 97 illik fəaliyyəti dövründə Azərbaycan elm, təhsil və mədəniyyət tarixində böyük rol oynayıb, BDU-nun məzunları respublikada ali təhsil şəbəkəsinin qurulmasında, elmi məktəblərin genişlənməsində, ziyalı təbəqəsinin formalaşmasında və müstəqil Azərbaycanın çiçəklənməsində xüsusi xidmətlər göstəriblər.

Bu gün təbiət, fundamental, humanitar və sosial elmlər sahəsi üzrə çoxprofilli ali təhsil ocağı olan Bakı Dövlət Universitetinin 17 fakültəsində bakalavriat pilləsində 60, magistratura pilləsində isə 37 ixtisas və 204 ixtisaslaşma üzrə təhsil alan tələbələrin sayı 21 mindən çoxdur.

Sabah İctimai Televiziyanın “Yeni gün” proqramında Bakı Dövlət Universitetinin yaranmasının 97 ildönümünə həsr olunmuş veriliş yayımlanacaq. Verilişdə BDU-nun rektoru, akademik Abel Məhərrəmovun iştirakı ilə universitetin keçmişi, bu günü və gələcək perspektivlərinə nəzər salınacaq.

Mətbuat və informasiya şöbəsi, 01 sentyabr 2016-cı il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!