BDU-nun 95 illiyinə həsr olunmuş şahmat turnirinə start verilib

16/12/2014

Bu gün Bakı Dövlət Universitetində Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və İdman klubunun birgə təşkilatçılığı ilə universitetin 95 illiyinə həsr olunmuş idman dərəcəli tələbələr arasında şəxsi birincilik yarışları üzrə turnirin açılışı keçirilib.

Açılış mərasimində THİK-in sədri və komitə əməkdaşları, İdman klubunun müdiri dos. Akif Atakişiyev, klubun məşqçiləri və şahmat üzrə BDU-nun idman dərəcəli tələbələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan komitə sədri ölkəmizdə idmana göstərilən qayğıdan və BDU-da tələbələrin müxtəlif idman növləri üzrə məşğul olmasını təmin etmək üçün yaradılan şəraitdən danışıb.

“Bu gün start götürəcək bu turnir  tələbələrimiz üçün böyük əhəmiyyət daşıyır. Ölkəmizdə idmanın digər sahələri ilə yanaşı, şahmatın inkişafına da xüsusi diqqət və qayğı göstərilir. BDU tələbələrinin də bu idman növündə bacarıqlarını nümayiş etdirməsi üçün əlimizdən gələni etməyə hazırıq”, - deyə Daşqın Qənbərov bildirib.

İdman klubunun müdiri, dos. Akif Atakişiyev tələbələri salamlayaraq, yarışlarda aktiv iştirak etməyə çağırıb. Qeyd edək ki, BDU-nun 95 illik yubileyinə həsr olunmuş turnir bir həftə davam edəcək. Sonda tələbələr BDU THİK tərəfindən diplom və hədiyyələrlə təltif olunacaqlar.

Rəşid Mustafazadə, BDU THİK İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!