BDU-nun 90 illik yubileyinə həsr olunmuş birinci respublika elmi-metodiki konfrans işə başlamışdır

24/10/2009

Oktyabrın 23-də Bakı Dövlət Universitetinin (BDU) 90 illik yubileyinə həsr olunmuş  "Müasir şəraitdə orta ümumtəhsil məktəblərində tədrisin keyfiyyətini yüksəltmək yolları " mövzusunda birinci respublika elmi-metodiki konfrans işə başlamışdır.
Universitetin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov bildirmişdir ki, 1919-cu il sentyabrın 1-də Azərbaycan Demokratik Cümhuriyyəti Bakıda universitetin təsis edilməsi ilə bağlı qərar qəbul etmiş və onun nizamnaməsi təsdiq olunmuşdur. Bununla da Avropa və Asiyanın qovuşuğunda yeni bir ali təhsil ocağı yaradılmışdır.Şərəfli tarixi yol keçmiş universitetin qabaqcıl pedaqoji kadrları Azərbaycan təhsilinin, elminin inkişafı, tərəqqisi naminə yorulmadan fəaliyyət göstərmişlər. Azərbaycanda tədris müəssisələrinin flaqmanı olan, zəngin tarixi keçmişə malik universitet hazırda tanınmış elm və təhsil mərkəzidir. Universitet hər zaman Azərbaycanda mütərəqqi fikrin, milli düşüncənin mərkəzi olmuşdur. Burada Azərbaycanın dünya şöhrətli siyasətçisi Heydər Əliyev, yüzlərlə tanınmış alimlər, ziyalılar, görkəmli diplomatlar təhsil almışlar.
Bildirilmişdir ki, BDU-nun beynəlxalq əlaqələri gündən-günə genişlənir. Hazırda universitet Avrasiya, Xəzəryanı Ölkələr, Qara dəniz Universitetləri (QDU) Assosiasiyalarının üzvüdür.
Rektor demişdir ki, Prezident İlham Əliyevin universitetin 90 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı imzaladığı sərəncamda bu təhsil ocağının tarixi xidmətləri xüsusi dəyərləndirilmişdir. Artıq universitetin yubileyi ilə bağlı hazırlıq işləri yekunlaşmaq üzrədir. Cari ildə təhsil müəssisəsinin yubileyinə həsr edilmiş müxtəlif tədbirlər təşkil edilmişdir. Bu gün BDU-nun nəzdində fəaliyyət göstərən  "Gənc İstedadlar " liseyi ilə birgə təşkil edilmiş elmi-metodiki konfransda 90-a yaxın məruzə dinləniləcəkdir. Rektor vurğulamışdır ki, 2009-cu il oktyabrın 30-31-də BDU-nun 90 illik yubileyi münasibətilə Bakıda beynəlxalq elmi simpozium keçiriləcəkdir. Bu münasibətlə dünyanın müxtəlif elm mərkəzlərindən, universitetlərindən paytaxtımıza 150-dən çox qonaq gələcəkdir. Universitetin yubileyinə həsr olunmuş yekun tədbir noyabrın 1-də keçiriləcəkdir.
Konfransda Təhsil Nazirliyinin şöbə müdiri Arif Muradovun  "Tədrisin keyfiyyətinin yüksəldilməsində idarəetmənin rolu " və BDU-nun professoru Ləzifə Qasımovanın  "Məsafədən (distant) təlim texnologiyaları " mövzularında məruzələri dinlənilmişdir.
Sonra elmi-metodiki konfrans işini bölmələrdə davam etdirmişdir.
Konfransa oktyabrın 24-də yekun vurulacaqdır.

“Azərbaycan” qəzeti, “AzərTAc”, 24 oktyabr 2009-cu il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!