BDU-nun 8 fakültəsinə dekanlar təyin edilmişdir

27/05/2011

Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən «Ali təhsil» müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması qaydalarının təsdiqi barədə» verilmiş  400 saylı 09 mart 2011-ci il tarixli əmrə əsasən digər ali məktəblər kimi Bakı Dövlət Universiteti tərəfindən də boş olan dekan vəzifələrini tutmaq üçün elan edilmiş müsabiqə bəzi fakültələrdə başa çatıb.

Qeyd edək ki, təqdim olunmuş sənədlər BDU Elmi Şurasının 05 aprel 2011-ci il tarixli iclasının qərarını rəhbər tutaraq dekan və kafedra müdiri vəzifələrinə təyinolunmanın şəffaf və obyektiv aparılmasını təmin etmək məqsədilə yaradılmış komissiya tərəfindən araşdırılıb. 15 nəfərdən ibarət komissiyanın sədri tanınmış alim, akademik Vasim Məmmədəliyevdir.

Komissiya dekan vəzifəsinə iddiaçılar haqqında fakültənin tərkibində olan bütün kafedralarda iclaslar keçirmiş, onların rəyi nəzərə alınmış, Müsahibə Komissiyasının üzvləri ayrı-ayrılıqda hər bir namizədlə müsahibə aparmış, iddiaçılarla anket sorğusu keçirilmiş, onların idarəetmə sahəsində təcrübəsi, peşə hazırlığı, elmi-pedaqoji fəaliyyəti, kollektiv arasında nüfuzu, yüksək mənəvi keyfiyyətləri nəzərə alınmışdır.

Hər bir iddiaçı barədə araşdırmaların nəticələri sadə səs çoxluğu ilə qiymətləndirilmiş, onların həmin vəzifəyə təyin olunması haqqında rektorluq qarşısında vəsatət qaldırılmış və müvafiq təqdimat verilmişdir.

Məlum olduğu kimi, müsabiqəyə BDU-nun 17 fakültəsindən 15-i qatılmışdı. 7 fakültə üzrə namizədlərin yaş həddi 65-dən yuxarı olduğu üçün həmin fakültələr üzrə Təhsil Nazirliyinin razılığı ilə seçki müvəqqəti olaraq dayandırılmışdır.

Komissiyanın təqdimatı əsasında və rektorun müvafiq əmrinə əsasən 8 fakültəyə aşağıdakı namizədlər təyin edilmişdir:

2 nəfərin sənəd verdiyi mexanika-riyaziyyat fakültəsinə İsgəndərov Nizaməddin Şirin oğlu, 3 nəfərin sənəd verdiyi fizika fakültəsinə Məmmədov Rasim Qara oğlu, 4 nəfərin sənəd verdiyi kimya fakültəsinə Əzizov Abdülsəyid Əbdülrəhman oğlu, Ekologiya və torpaqşünaslıq fakültəsinə Şəmilov Nazim Telman oğlu,  3 nəfərin sənəd verdiyi filologiya fakültəsinə Vəliyev Məhərrəm Tahir oğlu, 8 nəfərin sənəd verdiyi hüquq fakültəsinə Əliyev Əmir İbrahim oğlu, 3 nəfərin qatıldığı beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinə Həsənalıyev Zeynal Mədət oğlu, 3 nəfərin sənəd verdiyi sosial elmlər və psixologiya fakültəsinə isə Əlizadə Hikmət Ədül oğlu təyin edilmişdir.

BDU-nun Mətbuat və İnformasiya şöbəsi, 27 may 2011-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!