BDU-nun 2015-ci il üçün fəlsəfə və elmlər doktoru hazırlığı üzrə qəbul planı

07/10/2015

Bakı Dövlət Universiteti 2015-ci il üçün fəlsəfə və elmlər doktoru hazırlığı üzrə qəbul planını açıqlayıb. Universitetin fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ümumilikdə 71 plan yeri ayrılıb. Əyani doktorantura yerlərindən 26-sı dövlət hesabına, 45-i isə ödənişlidir. Dissertanturaya qəbul planı üçün 67 yer nəzərdə tutulub ki, onlardan 56 yer dövlət hesabına, 11 yer isə ödənişli əsaslarla olacaq. Fəlsəfə doktoru proqramı üzrə doktorantura və dissertanturaya qəbul planının açıqlandığı elm sahələri arasında Riyaziyyat, Mexanika, Astronomiya, Fizika, Kimya, Biologiya, Yer, Texnika və İqtisad Elmləri, Coğrafiya, Tarix, Hüquq və Filologiya Elmləri, Pedaqogika, Siyasi Elmlər, Psixologiya, Sosiologiya və Fəlsəfə yer alıb. Bundan başqa, elmlər doktoru proqramı üzrə doktoranturaya 9, dissertanturaya isə 4 yer ayrılıb ki, bütün yerlər dövlət hesabına olacaq. Elmlər doktoru proqramı üzrə doktorantura və dissertanturaya qəbul planının açıqlandığı elm sahələri arasında Riyaziyyat, Biologiya, Yer, Texnika Elmləri, Tarix, Hüquq elmləri, Filologiya, Siyasi Elmlər və Fəlsəfə var.  Xatırladaq ki, doktoranturaya sənədlərin qəbulu oktyabrın 7-dən noyabrın 2-dək BDU-nun əsas binasında, Magistratura və Doktorantura şöbəsində aparılacaq. Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul imtahanları noyabrın 16-dan dekabrın 7-dək keçiriləcək.

Daha ətraflı: http://mad.bsu.edu.az/

 

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!