BDU-da Yusif Əmənzadənin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib - VİDEO

22/05/2014

Bu gün Bakı Dövlət Universitetində Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, BDU-nun sabiq kafedrasının müdiri, fizika-riyaziyyat elmlər doktoru, professorYusif Əmənzadənin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov görkəmli alim Yusif Əmənzadənin xidmətləri barədə ətraflı məlumat verib.

Bildirib ki, Yusif Əmənzadə Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) neft-mədən fakültəsini fərqlənmə diplomu ilə bitirib və həmin institutda assistentlikdən kafedra müdiri vəzifəsinə qədər yüksəlib. 1959-cu ildən ömrünün axırına qədər BDU-da “Nəzəri mexanika” kafedrasının müdiri vəzifəsində çalışıb. 1968-ci ildə Azərbaycan EA-nın müxbir üzvü seçilən Ə.Əmənzadə  BDU-da deformasiya olunan bərk cisim mexanikasının əsasını qoyub. Y.Əmənzadənin elmi marağı əsasən hissə-hissə bircins elastiki mühitdə gərginlik deformasiya vəziyyətinin tədqiqi və elastiklik nəzəriyyəsinin kontakt məsələləri ətrafında toplanıb. Bu sahədə onun tərəfindən əsaslı nəticələr alınıb, yeni həll üsülları tapılıb və bu məsələlərin ədədi həlli verilib.

Mexanika-riyaziyyat fakültəsinin dekanı professor Nizaməddin İsgəndərovun “AMEA-nin müxbir üzvü, professorYusif Əmənzadənin həyat və elmi fəaliyyəti haqqında” məruzəsindən sonra AMEA-nın vitse-prezidenti Akif Hacıyev, Mexanika-riyaziyyat institutunun direktoru Misir Mərdanov xatirələrini bölüşüblər.

Mətbuat və informasiya şöbəsi, 22 may 2014-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!