BDU-da yerinə yetirilən layihə qızıl medala layiq görülüb

07/06/2016

Hollandiyanın Utrext şəhərində keçirilən (29 may – 3 iyun ) Ətraf Mühit və Dayanıqlı İnkişaf Benəlxalq elmi Layihələr Olimpiadasında - INESPO (International Environment & Sustainability Project Olympiad) Bakı Avropa Liseyi və 6 saylı tam orta məktəb-liseyin 9-cu sinif şagirdləri və Nurəddin  Sadıqov və  Aylin Süleymanovanın  təqdim etdiyi “Şoran torpaqlarda bitkilərin inkişafına nanohissəciklərin təsirinin tədqiqi” mövzusundakı elmi layihələri qızıl medala layiq görülüb. Bakı Dövlət Universitetinin Nanoaraşdırmalar mərkəzində professor Məmmədəli Ramazanov və dosent  İsmət Əhmədovun rəhbərliyi ilə yerinə yetirilən layihənin beynəlxalq olimpiadada yüksək qiymətə layiq görülməsi olduqca təqdirəlayiq hal kimi qiymətləndirilib. Qeyd edək ki, Bakı Dövlət Universitetinin Nanoaraşdırmalar laboratoriyasında respublikanın orta məktəblərində oxuyan istedadlı şagirdlərin beynəlxalq olimpiadalara hazırlanması artıq ənənənə şəklini alıb.

İNESPO olimpiadası 13-18 yaşlı şagirdlər arasında 8 ildir ki keçirilir. Hər il 100-dən artıq layihənin təqdim edildiyi olimpiadaya 50-dək ölkəndən şagirdlər qatılır. Layihələrin Qiymətləndirmə Şurasında  dünyanın məşhur alimləri iştirak edirlər. Azərbaycan şagirdləri  adıçəkilən olimpiadada bir neçə dəfə iştirak etsələr də, ilk dəfə olaraq qızıl medala layiq görülüblər.

Xatırladaq ki, BDU-da dünya elminin prioritet istiqaməti olan Nanotexnologiya sahəsində  araşdırmalar aparmaqla yanaşı, orta məktəb şagirdlərinin respublika və beynəlxalq olimpiadalara hazırlanması istiqamətində bir çox uğurlu layihələrə imza atıb.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!