BDU-da “Yeni proqram - Yeni hədəflər” adlı elmi konfrans keçirilib

26/09/2017

Bakı Dövlət Universitetində “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramından irəli gələn məsələlərə həsr olunmuş “Yeni proqram - Yeni hədəflər” adlı elmi konfrans keçirilib.  Konfransı açan BDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Daşqın Qənbərov iştirakçıları salamlayıb, adıçəkilən proqramı Prezident İlham Əliyevin Azərbaycan gəncliyinə göstərdiyi diqqət və qayğının bariz nümunəsi kimi dəyərləndirib.  Dövlət Proqramı barədə ətraflı məlumat verən THİK sədri  bunun cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, gənc nəslin sağlamlığını qorumaq, onların təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək, ölkədə könüllülük hərəkatını inkişaf etdirmək məqsədi daşıdığını vurğulayıb.

Sonra BDU İdman kafedrasının müdri Akif Atakişiyev respublikada, o cümlədən universitetdə gənclərə olan qayğıdan, tələbələrin uğurlarından və proqramın əhəmiyyətindən bəhs edib. Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin magistrantı Etibar Əhmədovun çıxışından sonra tələbələrin çoxsaylı sualları cavablandırılıb.

Mətbuat və informasiya şöbəsi, 26 sentyabr 2017-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!